Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı rayonu Qaralar kəndində səyyar qəbul-görüş keçirildi

    Saatlı rayonu Qaralar kəndində səyyar qəbul-görüş keçirildiSaatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bagirov okktyabr ayının 6-da Qaralar kəndinin sakinləri ilə görüşüb.Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
    Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
    Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Mehralıyev Teyyub, Rzayev Allahverdi, Abbasov Elvin və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
    Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

    Zahir Məmmədov
    Saatlı rayonu Qaralar kəndində səyyar qəbul-görüş keçirildiSaatlı rayonu Qaralar kəndində səyyar qəbul-görüş keçirildiSaatlı rayonu Qaralar kəndində səyyar qəbul-görüş keçirildi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ