
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin 7 ayı ərzində pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 3 mlrd. 823 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin eyni dövrünə nisbətən 9,3 faiz və ya 324,3 mln. manat çoxdur.