Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın mərd-xeyirxah oğlu, ünlü iş adamı, Xaqani Quliyev haqqında bir neçə söz

    Azərbaycanın mərd-xeyirxah oğlu, ünlü iş adamı,  Xaqani Quliyev haqqında bir neçə sözXaqani Zahid oğlu Quluzadə — Azərbaycanın tanınmış iş adamı, İqtisad elmləri üzrə fəlsəfə doktoru, "Qızıl əlcək" idman klubunun prezidenti, "International Construction Company" (Qazaxıstan) şirkətinin təsiscisi və Direktorlar Şurasının Sədri.
    Xaqani Quluzadə 6 avqust 1977-ci ildə Borçalı mahalının Marneuli rayonunun (Gorarxı) Alget kəndində ziyalı ailəsində anadan olub.
    1993-cü ildə Bakı şəhəri 2 saylı texniki-humanitar liseyini qızıl medalla bitirmişdir. 2015-сi ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində “Executive Global Master’s in Management” proqramını müvəffəqiyyətlə bitirərək magistr dərəcəsini qazanmışdır. "Maliyyə" ixtisası üzrə magistr dərəcəsiylə Azərbaycan Dövlət İqtisad Universitetini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirmişdir.
    İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2003-cü ildə "Milli iqtisadiyyatın formalaşması prosesində dövlət investisiya siyasətinin prioritetləri" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir.
    2010-ci ilin avqust ayından 2013-cü ilin oktyabr ayınadək “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş direktoru, Direktorlar Şurasının sədri vəzifəsini tutmuşdur.
    "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədridir.
    Bundan əvvəl Azərbaycanın aparıcı banklarında Aktivlərin və passivlərin idarəetmə komitəsinin sədri, İdarə Heyəti sədrinin birinci müavini, həmçinin İdarə Heyətinin sədri kimi rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
    “Avro-istiqrazların” müvəffəqiyyətli yerləşdirilməsini həyata keçirən işçi qrupuna rəhbərlik etmişdir. Beynəlxalq maliyyə institutları, investisiya fondları və aparıcı dünya bankları ilə zəngin iş təcrübəsi daxil olmaqla ümumilikdə 18 ilə yaxın idarəetmə təcrübəsinə malikdir.
    2011-ci ilin iyun ayında Böyük Britaniyanın Oksford şəhərində və 2013-cü ildə London şəhərində Avropa Biznes Assambleyası tərəfindən iki dəfə "İlin Meneceri" mükafatına layiq görülmüşdür.
    2013-cü ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə Xaqani Quluzadə "İlin adamı "ali media mükafatına layiq görülüb.
    Azərbaycan, Türk, İngilis və Rus dillərində sərbəst danışır.
    Borçalının vətən sevər qeyrətli oğlu Xaqani Quluzadənin rəhbəriliyi altında 2013-cü ildə Azərbaycan dövlətinin dəsdəyi ilə Alget (Gorarxı) kəndini Marneuli rayon mərkəzinə daha tez yetişdirən Alget (Əlyət) çayının üzərindən rayon mərkəzinə gedən yola birləşdirən yeni körpü inşa etdirmişdir.
    Bundan əlavə Xəgani Quluzadə 2010-cu ildə, adı Gorarxının adı ilə hallanan, Şah Abbasın namaz qıldığı, Borçalının ən qədim meçidlərindən olan Goraxrxı Meçidini əsaslı təmir etdirmiş və indiki gözəl görkəminə gətirmişdir.
    Xaqani Quluzadə xeyriyyəçiliklə yanaşı İdman sahəsinin inkişafı üçün də öz dəsdəyini əsirgəməmişdir. 1998-ci ildə Bakıda “Qızıl əlcək” idman klubunu təsis etmişdir.
    "Qızıl əlcək" idman klubu yaradıldığı gündən, bu günə kimi, Xaqani Quluzadənin rəhbərliyi altında boks və kikboks idman növləri üzrə Azərbaycan idmanına Dünya və Avropa çempionları yetşidirməklə Azərbaycan idman sahəsində yeni-yeni uğurlara imza atmaqda davam edirlər.
    Evlidir. Dörd övladı var.
    Allah can sağlıqı və uğurlarnın davamını versin.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ