Sizin reklam burada
Sizin reklam burada

Vidadi Xəlilovun doğum günüdüt

Vidadi Xəlilovun doğum günüdütGöyçay rayonunun İkinci Qarabağ müharibəsi şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun əziz xatirəsi dərin hüznlə anılıb.
Şəhidin ailəsini ziyarət edən 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Vidadi Xəlilovun ailəsinə başsağlığı verib. O, İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb. Vidadi Xəlilovun doğum günüdüt
Yaşasaydı polkovnik-leytenant Vidadi Xəlilovun 40 yaşı tamam olacaqdı. Şəhid Vidadi Vaqif oğlu Xəlilov 16 iyul 1982-ci il tarixində Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur.
O, 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərb məktəbini bitirmiş və həmin ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində döyüş hazırlığı bölmə rəisi vəzifəsinə layiq görülmüşdü. sıralarında xidmətinə başlayaraq polkovnik-leytenant hərbi rütbəsinə qədər yüksəlmiş, çətin və şərəfli inkişaf yolu keçərək Azərbaycan Silahlı Qüvvələrinin
İkinci Qarabağ – Vətən Müharibəsi başlayan zaman Vidadi Xəlilov əsəgrləri ilə birlikdə Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad olunmasına nail olmuşlar.
O, 31 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən qanlı döyüşlərdə qəhərmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ