Sizin reklam burada
Sizin reklam burada

Bu gün Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov cənablarının AD GÜNÜDÜR… TƏBRİK EDİRƏM!!!-Jurnalist Aybəniz ABDULOVA

Bu gün Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov cənablarının AD GÜNÜDÜR… TƏBRİK EDİRƏM!!!-Jurnalist Aybəniz ABDULOVA Çox hörmətli cənab Nazir!!!
Belə bir xoş gündə, Sizin doğum gününüzdə Sizi təbrik edib, gözəl arzular diləmək bir media işçisi kimi bizim borcumuzdur…
Bu bir danılmaz faktdır ki, dəfələrlə problemimiz, şikayətimiz olanda ilk Sizə müraciət etmişik. Siz də şikayətlərə dərhal reaksiya verib, bizə dəstək olmusunuz.
Cənab Nazir!!! Şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə sağlam uzun ömür, şərəfli və çətin peşənizdə uğurlar arzulayıram.
Bəli, Siz olduqca çətin və şərəfli bir xidmətdəsiniz. Bir media əməkdaşı kimi Sizin yüksək intellektual peşəkarlığınızı, ölkəmizə göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm. Sizə güvənirəm. Sizin qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirəm. Bir sözlə, bu gün təhlükəsizliyimin qorunması üçün Sizə sonsuz minnətdaram.
Sizin vicdanlı xidməti fəaliyyətiniz, Dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyi naminə yorulmadan çalışmağınız yüksək hörmətə, alqışa layiqdir.
Uca Tanrı Sizi və ümumillikdə Azərbaycan Polisini qorusun!

AYBƏNİZ ABDULOVA,
“Azərbaycan Jurnalistlər
Birliyinin üzvi”, yazar,
jurnalist-araşdırmaçı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ