Artıq ikinci ildir ki, bayramlarımızı tamam başqa, xüsusi ovqatda- milli qürur hissi ilə qeyd edirik. Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Prezident Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyətində Əlahiddə Azərbaycan Korpusunun yarandığı 26 iyun tarixi hər il ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Milli kimliyimizin xilası və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa, uzun ömür arzu edirəm. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində şücayət göstərmiş qəhrəman Ordumuzun şəxsi heyətinə dərin hörmət və ehtiramımı bildirir, hər zaman qürur mənbəyimiz olmalarını arzu edirəm!