Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

    Saatlıda 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib 15 iyun 2022-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
    Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri İştirak edib.
    Tədbir iştirakçıları tərəfindən əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra tədbir Saatlı rayon Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev və Saatlı rayonu ərazisində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı nümayəndəsi Gülnar Babaşova çıxış edərək Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə və 1993-cü il xalqın tələbi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonrakı fəaliyyətindən geniş məzmunda bəhs etmişlər.Tədbirin davamı olaraq Ulu Öndər Heydər Əliyevin fəaliyyətini əks etdirən video film nümayiş olunub.
    Saatlıda 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib Saatlıda 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib Saatlıda 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib Saatlıda 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib
    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ