Sizin reklam burada
Sizin reklam burada
  • Sevinc Osmanqızının yeni kədəri və yaxud Əli Kərimlinin sevincli kədəri

    Sevinc Osmanqızının yeni kədəri və yaxud Əli Kərimlinin sevincli kədəri İndi dünyanın ən böyük, ən inkişaf etmiş ölkələrinin dövlət başçıları möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin gördüyü işləri, apardığı daxili və xarici siyasəti yüksək qiymətləndirir və dəyərləndirirlər. ABŞ Prezidenti Co Baydenin möhtərəm Prezidentimizə ünvanladığı məktub isə özlərini müxalifət adlandıran şəxsləri möhkəm silkələyib. “Dünyaşöhrətli siyasi icmalçı”, “məşhur beynəlxalq icmalçı”, “ABŞ və Ermənistanın xalq artisti” , “rejissor”, “operator”, “aparıcı” , möhtəşəm olmayan Sevinc Osmanqızı Kədər Osmanqızına çevrilib. “Görkəmli hüquqşünas”, “keçmiş komsomol”, “mətin inqilabçı”, “fəal cəbhəkrat”,” məşhur Qərbşünas”, bir neçə yerə parçalanmış AXCP sədri Əli Kərimli sevincli kədər keçirir. Möhtərəm Prezidentimizin imzaladığı əfv fərmanında Əli Kərimlinin sürücüsü və bir nəfər cəbhəkrat azadlığa buraxılıb.
    Beləliklə, dünya liderləri möhtərəm Prezidentimiz İlham Əliyevə yüksək dəyər verdikləri bir vaxtda Sevinc Osmanqızı, Əli Kərimli, Əli Kərimlinin birinci müavini, qondarma “milli şura”nın sədri, “tarix elminin şahənşahı”, ABŞ əhlinə dünya tarixini , londonda ingilislərə Britaniya tarixini öyrədən “müasir Herodotçu” Cəmil Həsənli”, “siyasət dünyasının kralı “ İsbəndiyar Vahabzadə iqtidara şər-böhtan atmaqda davam edirlər. Demokratiyadan dəm vuran “mətin inqilabçı” Əli Kərimli onu tənqid edənləri pulla ələ almaq istəyir. Bu , korrupsiya deyilmi?
    Heç bir tərbiyəsi olmayan, özlərini “bloger” adlandıran Məhəmmədəli Mirzə, Vidadi İsgəndərli, Qabil və digərləri bəzi vaxtlar niyə qorxuya düşürlər? Çox təəssüf ki, bu şəxslər anti-Azərbaycan qüvvələri və erməni lobbisinin maliyyə dəstəyi ilə ölkəmizə qarşı təxribat aparırlar. Lakin nəticədə isə özləri “ofsayta” düşürlər. Çünki xalq yaxşı bilir ki, kim kimdir. Möhtərəm Prezidentimizin nüfuzu artdıqca bu şəxslər min bir oyundan çıxırlar, dövlətimizin, ölkə başçısının əleyhinə çalışırlar. Azərbaycanın qüdrətili dövlət olmağını istəmirlər. Lakin Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə günü-gündən çiçəklənir, inkişaf edir. Bu isə özlərini müxalifət adlandıranların dərin kədərinə, xalqın isə sevincinə səbəb olur. Xala-iqtidar birliyi daha da möhkəmlənir.

    Qəzənfər QASIMOV

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ