Dövlət də, qazi də bizimdir. Laqeydlik yolverilməzdir. Nəticəsi xoşagəlməz hallara gətirib çıxarır və çıxardı da...Ən azından "sən" də o qaziyə polis nəfəri kimi qucaq açıb, problemini dinləyə bilərdin.
Aidiyyatı qurumlar anlamalıdır ki, müharibə iştirakçıları döyüşə pensiya almaq üçün getməmişdilər. Onlar şəhid də ola bilərdilər. Hərəsinin bir problemi, bir xəstəliyi var.
Bu günə kimi yüzlərlə qazi ilə görüşüb, problemini dinləmişik. Vallah içindən bir sağlamını görmədim. Hamısı da müharibədə travma alıb. Kim sağlam canına qıyardı? Amma onlar sağlam canlarından keçib müharibədə iştirak etdilər.
Bu gün onların yanında olmaq bizim vətəndaş borcumuzdur.
