Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Şirvanda aprel döyüşləri qəhrəmanının tədbirinə qatıldı

    Deputat Şirvanda aprel döyüşləri qəhrəmanının tədbirinə qatıldı"14.04.2022-ci il tarixdə Aprel döyüşləri qəhrəmanımız şəhid Ərəbli Rahilin xatirəsinə həsr olunmuş tədbirə qatıldım. Şəhidlər xiyabanında həmişə olduğu kimi bütün şəhidlərimiz ziyarət olundu, anıldılar".
    Bu sözləri şirvandan seçilmiş və daim seçicilərinin yanında olan, onların qaygı və problemləri ilə yaxından maraqlanan, həllinə maksimum səy göstərən millət vəkili İltizam Yusifov özünun feysbuk səhifəsində paylaşıb.
    "Aprel döyüşləri Azərbaycanı şanlı qələbəyə aparan şətəfli yolun başlanğıcı idi. Aprel döyüşləri xalqımız, dövlətimiz üçün çox böyük əhəmiyyət kəsb edir:
    1. Aprel döyüşlərindəki qələbəmiz xalqımızın qələbə əzmini özünə qaytardı.
    2. Aprel döyüşləri bizim ordumuzun gücünü göstərdi.
    3. Aprel döyüşləri göstərdi ki, xalqımız heç vaxt işğalla barışmayacaq.
    4. Aprel döyüşləri göstərdi ki, biz torpaqlarımızı mütləq azad edəcəyik"- deputat qeyd edib.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    "Atributinfo.az"
    Deputat Şirvanda aprel döyüşləri qəhrəmanının tədbirinə qatıldıDeputat Şirvanda aprel döyüşləri qəhrəmanının tədbirinə qatıldı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ