Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir - AÇIQLAMA

    Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir - AÇIQLAMA Dünən Goranboyda zəlzələnin baş verməsi təbii hadisədir.
    Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
    O qeyd edib ki, Azərbaycanda yeraltı təkanlar hər gün qeydə alınır.
    "Ölkəmizdə qeydə alınan zəlzələrin çoxu hiss olunmur. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur", - deyə Q. Yetirmişli bildirib.
    Qeyd edək ki, dünən yerli vaxtla saat 22:24-də Mingəçevir stansiyasından 25 km cənub-qərbdə Goranboy rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ