Sizin reklam burada
Sizin reklam burada

Hacıqabul gölu ilə bağlı təəssüratlarım çoxdur

Hacıqabul gölu ilə bağlı təəssüratlarım çoxdur Deputat İltizam Yusifov

Vətənimizin hər bir güşəsi, o cümlədən doğulub boya-başa çatdığım Şirvan şəhəri mənim üçün çox əzizdir. Hər dəfə Bakıdan Şirvana gedib gayıdanda, Hacıqabul gölünün ətrafından keçəndə, qurumuş gölü görməyə, yazda göl ətrafı yol boyu lalələrin, qışda gölün qızıl qazlar-flaminqolarla zırmızı rəngə boyanması mənzərəsini isə görməməyimə çox təəssüf edirəm.
Açığını desəm bu ərazilər mənim üçün çox əziz bir yerlərdir. Hacıqabul gölu ilə bağlı təəssüratlarım çoxdur. Bilirsiniz ki, bu göl Azərbaycanın ən böyük göllərindən sayılır. Tarixən Göl Böyük Qafqazın cənub-şərq yamaclarından axan səth sularının, yeraltı sular və Kür çayında dövrü olaraq baş verən daşqınlar hesabına qidalanmışdır. Göldəki biomüxtəliflik, zəngin flora və faunanın olması, ölkənin ekosistemi üçün gölün əhəmiyyətini əvəzsiz edirdi.
Göl ətrafında balıq yetişdirmə vətəgələri, yay düşərgəsi, baydarka və kanoe avarçəkmə bazasının, gölün ətrafında fəaliyyət göstərən moto idmanı üzrə motodromun olmasını yaxşı xatırlayıram. Təəssüf olsun ki, bu gün bu cür böyük bir göl ekoloji fəlakətlə üz-üzədir, quruyub və demək olar ki, göl yoxdur.
Gölün bu vəziyyətə düşməsinin göl ətrafı rayon və şəhərlərin, o cümlədən ümumilikdə ölkəmizin ekoloji vəziyyətinə təsiri danılmazdır. Haciqabul gölü ilə bağlı müvafiq qurumlar tərəfindən əvvəllər də araşdırmalar aparılıb, səbəbləri aydınlaşdırılıb.
Yaxın günlərdə mən şəxsən göl və göl ətrafı ərazilərdə oldum. Müəyyən araşdırmalar apardım, mühəndis yanaşması etdim, ölçmələr apardıq və vəziyyəti təhlil etməyə çalışdım. Gölün bu vəziyyətə düşməsinin səbəbləri çoxdur. Lakin əsas məqamlardan biri də insanlarımızın təbiətə olan münasibətidir. Göl ilə bağlı araşdırmalarımdan mənə aydın oldu ki, vəziyyət ümidvericidir: gölün bərpası lazımdır, vacibdir və mümkündür.
Məlumat üçün deyim ki, Hacıqabul gölunun ekoloji vəziyyəti ilə bağlı məsələ artıq Milli məclisin Təbii ehtiyatlar, Enargetika və Ekologiya komitəsinin payız sessiyasının iş planına daxil edilib və bu məsələ Komitə tərəfindən yaradılacaq komissiya tərəfindən araşdırılaraq icrası üçün müvafiq qurumlara və hökumətə təkliflər veriləcəkdir.
Lakin mən bir məsələni əvvəlcədən qeyd etmək istəyirəm ki, əyər biz gölün hansısa formatda bərpasını istəyiriksə, mütləq gölün statusu müəyyən olmalıdır, göl Dövlət səviyyəsində Müvafiq icra qurumunun subyekti olmalıdır, ən azından göl və göl ətrafı əraziləri “Yasaqlıq” elan etmək lazımdır. Bundan sonra müvafiq bərpa işlərinə başlamaq olar.

P.S. Bundan əlavə göl ətrafında 200-300 ha-dan çox balıqçılıq təsərrüfatları üçün hazır süni göllər (hal-hazırda qurumuş vəziyyərdədir.) var. Bu göllərin də suları vaxtında gölü qidalandırırdı.
Bu gün dünyada İran, Rusiya, Çin kimi ölkələrlə yanaşı artıq Səudiyyə Ərəbistanı, İsrail və s. ölkələr də qara kürü istehsalı fermaları yaradıblar.

Hacıqabul gölu ilə bağlı təəssüratlarım çoxdurHacıqabul gölu ilə bağlı təəssüratlarım çoxdurHacıqabul gölu ilə bağlı təəssüratlarım çoxdurHacıqabul gölu ilə bağlı təəssüratlarım çoxdurHacıqabul gölu ilə bağlı təəssüratlarım çoxdur

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ