Sizin reklam burada
Sizin reklam burada

Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin giziri, Şəhidimiz Ruslan Səlim oğlu Hümbətovun anım günüdür

Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin giziri, Şəhidimiz Ruslan Səlim oğlu Hümbətovun anım günüdür Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin giziri, Şəhidimiz Ruslan Səlim oğlu Hümbətovun anım mərasimində iştirak etdik.
Nur üzlü Şəhidimiz Hümbətov Ruslan Səlim oğlu 20 may 1987-ci ildə anadan olmuşdur. 2006-cı ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət etmişdir.
2010-cu ildən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. XTQ-nın tərkibində dəfələrlə beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil etmiş və uğur qazanmışdır. Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin giziri, Şəhidimiz Ruslan Səlim oğlu Hümbətovun anım günüdürBu gün Xüsusi Təyinatlı Qüvvələrinin giziri, Şəhidimiz Ruslan Səlim oğlu Hümbətovun anım günüdür
Şəhidimiz gizir Ruslan Hümbətov hər ay əmək haqqısının bir hissəsini ehtiyacı olan insanlara sərf edirdi.
Ruslan Hümbətov 44-günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə igidlik göstəmişdir.
5 oktyabr 2020-ci ildə Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşdə Şəhidlik zirvəsinə ucalmışdır. 7 oktyabr 2020-ci ildə Gəncə şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.
Hümbətov Ruslan “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Ailəli idi.
Ruhu qarşısında baş əyirik
ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin
Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin giziri, Şəhidimiz Ruslan Səlim oğlu Hümbətovun anım günüdür Pərvin Kərimzadə
deputat

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ