Sizin reklam burada
Sizin reklam burada

Şəhər böyüdükcə elektrik enerjisinə tələbat da artır

Şəhər böyüdükcə elektrik enerjisinə tələbat da artırİltizam Yusifov,
millət vəkili

Bir neçə vaxtdı (yay girəndən) elektrik enerjisi təhcizatı ilə bağlı mənim ünvanıma vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur. Əsasən də şəhərin Çilpaqlı yaşayış sahəsindən, kənd evlərindən və bağ evlərindən. Yay vaxtı elektrik enerjisinin təhcizatında yaranan fasilələr əhalinin haqlı narazılığına səbəb olub. Əslində məsələnin texniki tərəfi mənə çoxdan bəllidir. Belə ki, şəhərin bəzi hissələri şəhər yaranan gündən Şirvanneft Neft-Qaz çıxarma idarəsinin elektrik şəbəkəsindən qidalanır. Məlumat üçün deyim ki, Şirvan OCL şirkəti aldığı elektrik enerjisinin 70% -ni öz sistemi(avadanlığı) vasitəsilə Şirvan şəhərinin müxtəlif yerlərinə tranzit olaraq ötürürdü. Bu gün də bu rəqəm 20% civarındadır. Lakin artıq şəhər böyüyür, tələbat gün-gündən artır və nəticədə bu cür problemlər yaranır.
Məsələ ilə bağlı bir müddət əvvəl aidiyyatı qurum və mütəxəssislərlə əlaqə saxlamışam. Onu deyim ki, bu sahədə artıq müəyyən addımlar atılır. "Azərişıq" tərəfindən şəhərin Çılpağlı yaşayış massivi üçün yeni 35/6kv transformator və lazım olan xüsusi avadanlıqlar quraşdırmağı planlaşdırılır. Bir neçə dəfə həmin ərazidə olmuşam və artıq müəyyən işlərə start verildiyinin şahidi olmuşam. Dünən məsələ ilə bağlı "Azərişıq"ın aidiyyatı rəhbərləri ilə də məsələnin qısa müddətdə həlli ilə bağlı danışıqlarım oldu və bu gün fursətdən istifadə edib həmin ərazidə oldum.
Mən ümid edirəm ki, yaxın vaxtlarda həmin ərazidə, əhalini dayanıqlı elektrik enerjisi təminatı üçün daha müasir avadanlıq quraşdırılaraq işlər yekunlaşacaq. Bundan əlavə şəhərin "kənd evləri" ərazisində bu xarakterli başlanan işlər də yekunlaşacaq və əhalı fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqdır.
Mən aidiyyatı qurumlara, "Azərişıq" ın rəhbərliyinə, əməyi olan hər kəsə təşəkkür edirəm.
Şəhər böyüdükcə elektrik enerjisinə tələbat da artırŞəhər böyüdükcə elektrik enerjisinə tələbat da artır

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ