Sizin reklam burada
Sizin reklam burada

Allah qurbanlarınızı qəbul etsin!!!

Allah qurbanlarınızı qəbul etsin!!! Nəsib Məhəməliyev, millət vəkili

Müsəlman aləminin iki əsas bayramından biri, QURBAN BAYRAMI münasibətilə ilk növbədə şəhid ailələrini, Qaziləri, dünya azərbaycanlılarını, bütövlükdə türk dünyasını səmimi qəlbdən təbrik edirəm, Uca Allahdan qurbanlarınızın, dualarınızın qəbul olunmasını arzulayıram.
Qardaşlıq, xeyirxahlıq, paylaşımlar etmək QURBAN BAYRAMININ əsas fəlsəfəsidir. İmkansız insanlara yardım etmək, onları sevindirmək, xeyir-dualarını qazanmaqla Allahdan günahlarının bağışlanmasını diləməkdir. Cəmiyyətin mənəvi saflaşması baxımından Qurban bayramıının əhəmiyyəti olduqca böyükdür.
Hər il milyonlarla insan Qurban bayramında Allaha dualarında, işğal altında olan torpaqlarımızın azad olunmasını, növbəti ildə qurbanların Qarabağ torpaqlarında kəsilməsini arzulayardı. Budur, dualar qəbul olundu, arzular çin oldu. Ölkə Başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu sevinci yaşatmaqla, xalqın sınmış qürurunu özünə qaytardı. İşğaldan sonra ilk dəfə Şuşada qurbanlar kəsilir.
Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Ölkəmizdə rifah, əmin-amanlıq olsun.
Bir daha hər birinizi təbrik edirəm.
Allah qurbanlarınızı qəbul etsin!!!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ