Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin Sədr müavini Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib

    Milli Məclisin Sədr müavini Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib Martın 18-də 20 saylı Nərimanov seçki dairəsindən deputat, Milli Məclisin Sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraqvideokonfransvasitəsilə seçicilərinin növbəti qəbulunu keçirib.
    Videoqəbul zamanı vitse-spiker 2020-ci ilin tariximizdə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun qazandığı tarixi qələbəyləyadda qalacağını, əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsinin hər bir azərbaycanlıda qürur doğurduğunu diqqətə çatdırıb.
    Görüş zamanı seçicilər Vətən müharibəsinin ölkəmizin tarixində misilsiz yeri olduğunu qeyd ediblər. Qəbuldaseçicilərin qaldırdığı müxtəlifkommunal, infrastruktur, sosial, humanitar məsələlər müzakirə edilib, onların bir hissəsi yerindəcə həll olunub.
    Bildirilib ki, seçicilərintəhsil, işlə təminat, məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətləri isəaraşdırılması və zəruri tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndəriləcək.
    Görüşün sonunda seçicilərə xüsusi karantin rejiminin şərtlərinə riayət edilməsinin zəruriliyi bir daha xatırladılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etməyin vacibliyi qeyd edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ