Sizin reklam burada
Sizin reklam burada
  • “Maral Nacaryanın azadlığa buraxılması Azərbaycan dövlətinin maraqlarına xidmət etdiyi üçün normal qəbul edilməlidir”

    “Maral Nacaryanın azadlığa buraxılması Azərbaycan dövlətinin maraqlarına xidmət etdiyi üçün normal qəbul edilməlidir” “Maral Nacaryanın azadlığa buraxılması Azərbaycan dövlətinin maraqlarına xidmət etdiyi üçün normal qəbul edilməlidir”.
    Bunu Pravda.az-a açıqlmasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
    Deputat hesab edir ki, daha ciddi amallara çatmaq üçün bəzi xırda məsələlərdə güzəştə getmək siyasi baxımdan olduqca əhəmiyyətlidir: “Maral Nacaryan əslində hüquqi baxımdan azadlığa buraxılmamalıydı, çünki bildiyimiz kimi, o, Ermənistan vətəndaşı deyil. Beləliklə, Maral Nacaryan Livan vətəndaşı olduğu halda, başqa ölkənin ərazisində hərbi əməliyyatlarda iştirak etdiyinə görə hüquqi baxımdan terrorçu kimi qəbul edilib. Ancaq bu məsələdə bilavasitə dövlətimizin siyasi maraqlarından irəli gələn müəyyən məqamlar var. Azərbaycan dövləti ilk növbədə onun qadın olmasını, o cümlədən bir çox beynəlxalq təşkilatların və hörmətli dövlət adamlarının xahişini nəzərə alaraq onu humanizm nöqteyi-nəzərindən əfv etdi”.
    N.Məhəməliyevin sözlərinə görə, Azərbaycan dövlətinin atdığı bu humanist addım beynəlxalq birlik tərəfindən müsbət qarşılanıb.
    “Qeyd edim ki, beynəlxalq münasibətlər sistemində kifayət qədər belə humanist davranışlar sərgilənib. Bəzi hallarda dövlətlərin maraqları üst-üstə düşərsə, daha ağır cinayətlər törətmiş terroristlər belə əfv olunurlar. Misal üçün, xatırlayıram ki, Liviya vətəndaşlığını daşıyan, sərnişin təyyarəsini partladaraq 200-dən çox dinc insanın həlak olmasına səbəb olan bir terrorçu vaxtilə əfv edilmişdi. Yəni bu, dövlətlərarası münasibətlərdə kifayət qədər çox rast gəlinən təcrübədir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan dövlətinin atdığı bu addım olduqca praqmatikdir. Bu məsələdə şəhid ailələrini, qaziləri başa düşürəm, həssas məsələdir. Lakin, təkrar edirəm, ciddi məsələlərdə daha çox uğurlar əldə edə bilmək üçün müəyyən məsələlərdə gərək güzəştə gedək”,- deyərək deputat əlavə edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ