Sizin reklam burada
Sizin reklam burada
  • TƏBRİKLƏR

    TƏBRİKLƏR Nə xoş təsadüf, nə gözəl xəbər, nə böyük qismət.....
    Bu gün, 28 illik həsrətdən sonra müzəffər Ali Baş Komandanın qətiyyəti, rəşadətli Ordumuzun gücü, qədirbilən, yenilməz xalqımızın birliyi, möhkəmliyi, bütövlüyü sayəsində doğma Qarabağımızın dilbər guşələrindən olan Laçın işğaldan, əsarətdən qurtuldu, düşməndən geri qaytarıldı və bu mübarək tarixlə son dərəcə sadə, təvazökar, ləyaqətli, dostcanlı, millətsevər, vətənpərvər, alicənab millət vəkili İltizam Yusifovun doğum gününün səsləşməsi gerçəkdən silinməz tarix, əlamətdar müjdədir.
    Həyat və fəaliyyəti, danışıq və davranışı, ünsiyyət və münasibəti çoxlarına nümunə olacaq dərəcədə dəyərli dostumuzu dünyaya gəlişi münasibətilə öz adımdan və dostlar adından ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, mənalı-faydalı, uzun ömür, ailə səadəti, millətimizin, xalqımızın, dövlətimizin xoşbəxt gələcəyi naminə fəaliyyətində əlçatmaz uğurlar arzulayıram!

    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ