Sizin reklam burada
Sizin reklam burada
  • Uşağın minlərlə ehtiyacı olduğuna rəğmən sosial müavinət almır

    Uşağın minlərlə ehtiyacı olduğuna rəğmən sosial müavinət almır Razi Nurullayev,
    millət vəkili


    Cavadova Zeynəbin 14 yaşı var. İmişli rayonunun Qaraqaşlı kəndində yaşayır. Valideynləri ilə çətin söhbətimiz oldu. Uşağın minlərlə ehtiyacı olduğuna rəğmən sosial müavinət almır, əlilliyi müəyyən edilməyib. Nə hərəkət edə bilir, nə də danışa. Şok oldum ki, bu günə qədər bu məsələ həll edilməyib. Valideynləri deyir ki, hər yerə getmişik, amma yox deyiblər. Əslində isə, onlar heç yerə müraciət etməyiblər.
    O qədər pis oldum ki, İmişlinin prokuroruna zəng etdim ki, məsələni araşdırsın. Cinayət əməli varsa ortaya çıxsın. Şübhələrim təsdiq olundu. Heç yerə müraciət etməyiblər. Çünki, bu anadangəlmə əlildir, necə ola bilər ki, əlilliyi təyin edilməsin. Prokuror Valeh müəllim də onu düzgün təlimatlandırıb, doğru ünvana göndərib, sağ olsun. Köməkçim də məşğuldur.
    İnanın ki, o qədər təsirlənmişdim ki, cənab nazir Sahil Babayevə də zəng etdim. Gözəl də söhbətimiz oldu. Nazirlik ciddi işlər aparır və bunun şahidi oluram. Şəffaflıq və dürüstlük daha da artacaq, müqavimət göstərənlər var, amma mən də bir deputat, siyasi partiya sədri kimi dürüst işləyən məmurların, vəzifəli şəxslərin dəstəkçisiyəm.
    Əziz valideynlər, əziz vətəndaşlar çalışın doğru sənədlər toplayın, doğru ünvanlara müraciət edin, torpağı istifadə etmirsinizsə və sosial yardım məsələsində sizə maneçilik edirsə, onu adınızdan çıxarın, qanunsuz hərəkət gördünüzsə müraciət edin.
    Xalqımıza əmin-amanlıq və firavan həyat arzulayıram.
    Zeynəbə verilən "xodunok", tutub yerimək üçün alətə görə "Uğur Gənclər Qrupu"nun sədri Günel Abbasovaya təşəkkür edirəm.
    Uşağın minlərlə ehtiyacı olduğuna rəğmən sosial müavinət almırUşağın minlərlə ehtiyacı olduğuna rəğmən sosial müavinət almırUşağın minlərlə ehtiyacı olduğuna rəğmən sosial müavinət almır

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ