Sizin reklam burada
Sizin reklam burada
  • “Dərzi Mehman” yolunuzu gözləyir!

    “Dərzi Mehman” yolunuzu gözləyir! Dünya mövcud olandan bu günədək əsl sənətkara cəmiyyətin daim ehtiyacı olub. Növündən asılı olmayaraq bütün sənət sənətkar əlində gözəl olur. Odur ki, hər kəs sevdiyi peşənin, sənətin dərin bilicisi olmalı və bunun üçün ilk növbədə onu sevməlidir. Dahi Nizami Gəncəvinin dililə desək, “Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan”.
    Papaqçılıq özü də əslində dərzilik peşəsinin bir qoludur. Hələ ötən əsrin ortalarında papaq tikməklə seçilən xüsusi dərzilər vardı. Kişilər dəbə uyğun şapka və ya papaqlarını tanınmış dərzilərdə tikdirərdilər və çoxlarına elə gəlirdi ki, texnologiyanın yüksək inkişafı dərzilik peşəsini kölgədə qoyacaq, dəbdən salacaq. Lakin bu heç də elə olmadı. Hazırda bu sahəyə maraq, tələbat ötən dövrlərdən heç də geri qalmır. Təbii ki, söhbət peşəkar dərzilərdən gedir. Belələrindən biri də Bakının Səbail rayonundakı Bayıl qəsəbəsinin 20-ci sahə yaşayış massivində “Dünya” marketlə üzbəüz fəaliyyət göstərən “Dərzi Mehman”dır. “Babaxanoğlu” loqosu altında tanınan bu tikiş obyektinin 23 yaşı var - 1996-cı ildən fəaliyyət göstərir.
    Ötən illər ərzində əhalinin kifayət qədər rəğbətini qazanan “Dərzi Mehman”ın reytinqi gündən-günə yüksəlməkdə, müştərilərinin sayı artmaqdadır. Burada çalışan təcrübəli dərzi Türkan İsmayılova ilə həmsöhbət olarkən biz bu qənaətə gəldik. Türkan gənc və yaraşıqlı, həm də işində məsuliyyətlidir. 7 ildir ki, burada işləyir. O, qeyd etdi ki, şubalar istisna olmaqla, burada bütün çeşiddə paltarlar tikilir. Gün ərzində 30 müştəri müraciət edir. Bunların içərisində kişi sifarişçilər daha çoxdur. Sifarişlər əsasən paltarların tikilişi ilə bağlıdır.
    Tükan xanım onu da əlavə etdi ki, təkcə burada insanların deyil, eyni zamanda müxtəlif şirkət və qurumların da sifarişi qəbul edilir. Baxmayaraq ki, ərazidə bir neçə dərzi sexi fəaliyyət göstərir, lakin “Dərzi Mehman”a müraciət günü-gündən artmaqdadır. Bütün bunların əsas səbəbi operativlik, keyfiyyət və müştərilərlə münasibətdə səmimiyyətdir.
    Türkan xanımla söhbət zamanı, həmçinin öyrəndik ki, sözügedən “Dərzi”də tikişlə yanaşı, pambıq paltarların, dublyonkaların boyanması, şubaların təmiri, dəri kurtkaların boyanması və təmiri işləri də yüksək keyfiyyətlə görülür.
    Kişi kostyumları, kişi və qadın şalvarları, qadın yubkaları təbii ki, dəbə uyğun mütəmadi olaraq sifariş verilir. Hələ yaxın gələcəkdə sifarişlərin kuriyer vasitəsilə çatdırılma məsələsi də burada reallaşacaq.
    İş vaxtı 1-\ci gün istisna olunmaqla, həftə boyuncadır. 1-ci gün isə istirahət günləridir. Haydı müştərilər, işini operativlik və keyfiyyət üstündə quran “Dərzi Mehman”a tələsin, sifarişlərinizi çatdırın!

    Bəradər

    “Dərzi Mehman” yolunuzu gözləyir!“Dərzi Mehman” yolunuzu gözləyir!
    “Dərzi Mehman” yolunuzu gözləyir!“Dərzi Mehman” yolunuzu gözləyir!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ