Sessiya çərçivəsində təşkilatın Daimi komitəsinin habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və hümanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin iclasları keçiriləcək.
Milli Məclisin deputatları iclaslarda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.
Səfər fevralın 22-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
