Bunu Dini Azadlıq üzrə Amerika Mərkəzinin baş icraçı direktoru, ABŞ Daxili Təhlükəsizlik Departamentinin sabiq direktor müavini Janna Skot deyib.
J. Skot qeyd edib ki, Prezident İlham Əliyev mövcud reallıqlarla məhdudlaşmayan, geniş perspektivə əsaslanan liderlik baxışı nümayiş etdirib: “Otuzillik müharibədən sonra ölkəsinin ərazi bütövlüyünü tam bərpa edən bir lider kimi Prezident Əliyev bu addımın Azərbaycan xalqının gələcəyi üçün əhəmiyyətini yaxşı başa düşür. O, digər dünya liderləri ilə birgə “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması mərasimində iştirak edərək Azərbaycanı qlobal dəyişikliklər dövründə strateji mövqeyə çıxarıb. Prezident İlham Əliyev Azərbaycanın Sülh Şurasındakı iştirakının gələcək nəsillər üçün uzunmüddətli və müsbət təsir yaradacağını bilir”.
