Bu sözləri Üçtərəfli Görüşün yekun iclasında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova söyləyib. Onun sözlərinə görə, bu sənəd eyni zamanda, parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayır, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit edir.
Spiker Sahibə Qafarova həmçinin qeyd ki, Bəyannamə regional və qlobal proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir. Bildirilib ki, sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması üçün atılması zəruri olan addımlara dair mövqelərimiz eynidir. Azərbaycan bu istiqamətdə dialoq, qarşılıqlı anlaşma və kollektiv səylərin vacibliyini qeyd edir.
