Bu sətirləri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, bu mükafat mənim üçün yalnız şəxsi bir şərəf deyil, həm də üzərimə düşən böyük məsuliyyətin rəmzidir:
"Yasemin Meydan xanımın quruculuğu ilə fəaliyyət göstərən Derneğin dörd illik səmərəli yolu, Türk qadınının gücünü, gəncliyin enerjisini və uşaqlarımızın gələcəyini işıqlandıran bir mayak olmuşdur.
Bu münasibətlə başda Yasemin Meydan olmaqla, Kızıl Elma Kadın Gençlik və Çocuk Derneği ailəsinə minnətdarlığımı bildirir, Türk Dünyasının birliyi və inkişafı uğrunda bundan sonra da yorulmadan çalışmağı özüm üçün ən ali vəzifə sayıram."- Tənzilə xanım paylaşımda qeyd edib.
P.S. Yüksək mükafat münasibətilə hörmətli ziyalımız Tənzilə xanımı saytımızın yaradıcı kollektivi adından ürəkdən təbrik edir, yeni-yeni uğurlar, can sağlığı arzulayıram!
Bəradər Səməndərli
"Atributinfo.az"
