Azərbaycan–Türkiyə Diabet Günlərinin açılış mərasimində Rəşad Mahmudovdan mükəmməl çıxış
Siyasət
8-09-2025, 19:02
132
6–7 sentyabr 2025-ci il tarixlərində Bakı Gənclər Mərkəzində keçirilən 1-ci Azərbaycan–Türkiyə Diabet Günlərinin açılış mərasimində Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov çıxış etmişdir.
"Atributinfo.az" xəbər verir ki, çıxışında o, ölkədə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səhiyyə islahatları, icbari tibbi sığortanın tətbiqi ilə formalaşan yeni dövrün imkanları, eləcə də endokrinologiya sahəsində mövcud reallıqlar və gələcək perspektivlər barədə fikirlərini bölüşmüşdür.