Biz hüquqi aktlarımızı da işğalın rellığından təmizləməliyik, bu yöndə aspektli məsələlər irəli sürəcəyik. Sözsüz ki, sessiyalararası dövrdə, Prezident İlham Əliyevin məlum üçtərəfli görüşü, sülh sənədinin paraflanması, Amerika ilə münasibətlər, 907-ci düzəlişin dayandırılması ilə bağlı addımlar istiqamətində yeni təşəbüslərimiz, layihələrin irəli sürülməsi ilə bağlı addımlarımız olacaq. Lakin ictimai həyatın və bütün dövlət idarəetmə sisteminin hüquqi prinsip və normaları yenilənməyə ehtiyac duyur. Bu yöndə, xüsusilə beyin mərkəzlərinin, siyasi institutların fəaliyyəti ilə bağlı məsələlərə diqqət göstərilməsi, onunla bağlı qanunvericiliyin hazırlanması zəruridir. Digər tərəfdən, Böyük Qayıdışla bağlı qanun layihələrinin silsilə toplusunun hazırlanmasını önə sürmüşdük. Oraya qayıdan insanlarımızın fəaliyyətinin hüquqi qüvvəyə minməsi çox vacibdir. Təmsil etdiyim komitədən qaynaqlanaraq bizim qarşıdakı dövrdə, xüsusi ilə insan hüquqları və azadlıqlarının təminatı yönündə təkilflərimiz olacaqdır”.
"Atributinfo.az"
