Sizin reklam burada
Sizin reklam burada
  • Sahibə Qafarova Türkiyənin Zəfər Bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

    Milli Məclisin sədri Sahibə Qafarova Zəfər Bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib. Azərbaycan parlamentinin spikeri bununla bağlı özünün sosial şəbəkə hesablarında paylaşım edib:

    “Qurtuluş savaşında qazandığı zəfər Türkiyənin zəngin dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri kimi qardaş Türkiyə xalqının milli birliyini və mübarizə əzmini nümayiş etdirmişdir”.

    Spiker Sahibə Qafarova bayram münasibətilə qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ