Sizin reklam burada
Sizin reklam burada
  • "Amerika-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub"- Arzu Nağıyev

    "Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri Donald Trampın dəvəti əsasında baş tutub və məlumdur ki, bu çox tarixi əhəmiyyət kəsb edən səfərdir. Əsas məram məqsəd Amerika Birləşmiş Ştatlarının iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün bir sıra sənədlərin paraflanması müddəaların paraflanması idi."

    Bunu "atributinfo .az"a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev deyib. O, əlavə edib ki, Azərbaycan Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələr və bu əlaqələrin ümumiyyətlə, sülh müqaviləsinin imzalanmasına olan təsiri və eləcə də Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır.

    Arzu Nağıyev bildirib ki, Amerika Birləşmiş Ştatlarında keçirilən seçkilərdən təxminən 3 ay öncə Şuşada Qlobal Media Formunda Amerika Birləşmiş Ştatlarında seçkilərlə bağlı cənab prezident İlham Əliyev uzaq görən siyasəti nəticəsində Tramp haqqında öz müsbət fikirlərini bildirmişdi və Trampın prezidentliyi dövründə Amerika Birləşmiş Ştatlarında heç bi müharibə başlamadığını, eyni zamanda sülhün bərqərar olması üçün atılan addımlar cənab prezidentin çıxışında öz dəfələrlə öz əksini tapmışdır:

    "Amerika-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub və strateji tərəfdaşlıq kimi bir xartiyanın təşkil edilməsi, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə hökümətlərarası anlşama memarandumunun imzalanması əyani bir sübutdur ki, bizim inkişaf tendensiyamız Amerika Birləşmiş Ştatları ilə dostluq münasibətləri üzərində qurulacaqdır. Təbii ki Amerika Azərbaycan arasında bir neçə istiqamət var; bu enerji, ticarət tranzitində daxil olduğu regional bağlantılar, müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq, süni intellekt sahəsində və yaradılacaq strateji işçi qrupda həm regional baxımdan töhvələr verəcək, eyni zamanda beynəlxalq səviyyədə öz töhfələrini verəcəkdir.

    Komitə sədri qeyd edib ki, burda artıq yeni texnologiyalardan da söhbət ermək olar. Ən mühüm məsələdən də biri 907-ci düzəlişin icrasını dayandıran sənədin imzalanması idi ki, bu da çox mühüm əhəmiyyət kəsb edirdi:

    "Vaxtilə çalışırdılar ki, Amerika Birləşmiş Ştatlarının dövlət yardımının göstərilməsini qadağan etsinlər. O vaxtkı hakimiyyət Bayden Prezident Administrasiyası Əfqanıstan əməliyyatları başa çatandan sonra, dərhal 907 saylı düzəlişi yenidən canlandlrmışdı. Azərbaycan-Ermənistan sülh gündəliyi Paşinyan-İlham Əliyev arasında görüşün nəticəsi, birgə bəyamnamənin imzalanması çox vacib əhəmiyyət kəsb edir. Burda da bir neçə istiqamət var ki, daima Azərbaycanın tələbi olub bu Minsk qrupunun ləğvi. Buna görə də ATƏT-ə birgə müraciət imzalanıb. Ermənistan Respublikası Konstitusiyasına dəyişiklik edilib; Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsi də çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Müddəaların paraflanması Zəngəzur dəhlizi ilə bağlı çox mühüm məsələlərin müzakirəsi, yəni Naxçıvana quru yolla maneəsiz keçidin təmin edilməsi, vaxtilə müharibə başlayanda Azərbaycan və digər Türk dövlətləri arasında quru sərhəddin ləğvi məsələsi ortada idi, bu gün artıq bu dəhliz reallaşmaqdadır. Cənab Prezident bu istiqamətdə də danışığında qeyd etdi Trampın Zəngəzur dəhlizinin qarantı uğrunda çıxış etməsi ilə bağlı bəyanat verməsi çox mühüm əhəmiyyət kəsb edir və sənədlərin paraflanması vaxtı hər iki ölkənin xarici işlər nazirlərinin birgə iştirakı çox mühüm əhəmiyyət kəsb edir və bunu təsdiq etdilər. Təbii ki, paraflanma hələ sülh müqaviləsinin imzalanması deyil, lakin bu istiqamətdə ən ciddi addımlardan biridi."

    Arzu Nağıyev 2026-cı ildə Ermənistan konstitusiyasında dəyişikliklərlə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanmasının təmin olunacağını və Amerika prezidenti Trampın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prossesində iştirakının tarixi bir hadisə olmasinı və bunun vaxtilə İsrail və Misir arasında Ceyms Karterin hətta müqaviləsi ilə müqayisə oluna biləcəyini dilə gətirərək qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi islahatlar, eyni zamanda müstəqil daxili və xarici siyasətin olması çox mühüm əhəmiyyət kəsb etdi və bu belə sonluqla nəticələnir ki, bu tək region üçün deyil, bütün dünya üçün ciddi tarixi əhəmiyyətə malikdir:

    "Düşünürəm ki, gələcəkdə də bu istiqamətdə addımlar atılacaq. Təbii ki, bu proseslərə mane ola biləcək elə bir qüvvələr baş qaldıra bilər, lakin bir daha qeyd edirəm, biz bütün bu proseslərin, neqativ halların qarşısını almağa hazırıq. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları kimi bir dövlətin qarantısı, eyni zamanda onun iştirakı bu məsələlərə geniş vüsət almağa yol verməyəcəkdir. Bir daha qeyd edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı siyasət, müstəqil daxili və xarici siyasət ölkəmizin suverenliyi və ərazi bütövlüyü Azərbaycan xalqının rifahı istiqamətində atdığı addımlar öz bəhrəsini verir və bu siyasət dönməzdir, bu siyasət öz istiqamətində göstərilən bütün proseslərdə bariz bir nümunədir."- Arzu Nağıyev açıqlamasında bildirib.


    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ