Azərbaycan və Gürcüstan arasında olan münasibətlər dövlətlər səviyyəsində, eyni zamanda, iqtisadi, siyasi, hərbi və digər istiqamətlərdə inkişaf etdiyi kimi gənclər arasında da irəliləyir. Bunu Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Gürcüstan Gənclər Forumunun rəsmi açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Arzu Nağıyev bildirib.
