Sizin reklam burada
Sizin reklam burada
  • Məşhur Məmmədov: "Cənub gəncliyinin enerjisi və düşüncə tərzi gələcəyə ümid verir"

    Ötən gün 74 saylı Masallı Seçki Dairəsinin deputatı Məşhur Məmmədov Masallıda keçirilən "II Regional Gənclər Forumu" çərçivəsində cənub bölgəsinin fəal gəncləri ilə Heydər Əliyev Mərkəzində bir araya gələrək maraqlı, düşündürücü depat kecirilmiş, panel müzakirələri aparılmışdır.

    "Atributinfo.az" xəbər verir ki, Panel müzakirələrində Məşhur Məmmədov Masallıda xeyriyyəçi kimi tanınan Məşkur Qasımovla bərabər gənclərin maraqlı fikir və suallarını dinləmiş, düşüncələrini paylaşmışdır. “Rəqəmsal gənclik”, “Özünü kəşf”, “Nitqin inkişafı” kimi mövzularda aparılan debatlar gənclərin fəallığını və potensialını bir daha göstərmişdir.
    Deputat təşkilatçılara və təşəbbüskar gənclərə öz təşəkkürünü bildirmiş, yekunda ASAN İntellektual Mərkəzində keçirilən “Gənclər düşünür” yarışında iştirak edən hər bir iştirakçını təbrik etmişdir. O, qeyd etmişdir ki, cənub gəncliyinin enerjisi və düşüncə tərzi gələcəyə ümid verir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ