Bu sözləri Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib.
Deputat qeyd edib ki, burada digər məsələ müharibənin müxtəlif psixoloji davamı kimi qeyd olunmalıdır: “Yəni Tatarıstanda da, Krasnodarda da, Moskvada da digər istiqamətlərdə də belə hücumlar ajiotaj yaradır və narahat olan əhali artıq Ukraynanın gücünün nədən ibarət olduğunu görməyə başlayır. Təbii ki, Ukrayna Rusiyanın hava limanlarını vurmaqla elə bir ciddi irəliləyiş əldə edə bilmir, simvolik bir irəliləyiş əldə edir”.
A.Nağıyevin bildirdiyinə görə, məlumdur ki, bu hücumda istifadə olunan silahlar heç də Ukraynanın öz istehsalı deyil: “Bu silahlar ABŞ-dən, Avropa Birliyindən Ukraynaya verilmiş silahlardır və bu, yardımın nədən ibarət olduğunu bir daha göstərir. Yəni əsas məram, məqsəd təbii ki, bunlardan ibarətdir. Bunu Ukrayna da, Rusiya da başa düşür ki, bu müharibədə hava kosmik silahları, yəni helikopterlər, təyyarələr, PUA-lar və digərləri ən ciddi amillərdir və onların sayı nə qədər azalsa, onlar nə qədər vurulsa, Rusiya ordusuna bir o qədər ziyan gətirə bilərlər. Artıq uzaqməsafəli raketlərdən də istifadə olunur və digər ərazilərdə olan hava limanlarını da vururlar. Əvvəllər vurulan hava limanında aviasiyanın ən ciddi təyyarələri vuruldu. Buna görə də düşünürəm ki, bu, seçilmiş taktikadır. Həm qərb bundan özü üçün müəyyən siyasi dividend götürür, eyni zamanda, psixoloji amillər yaranır”.
