Sizin reklam burada
Sizin reklam burada
  • "Qardaş öklənin bayramını ürəkdən təbrik edirik"- Musa Quliyev

    "Şimali Kipr Türk Dövlətinin Mutlu Barış Hərakatının 51- ci il dönümü tədbirlərində iştirakımız davam edir."

    Bunu bir qrup nümayəndə heyəti ilə 20 İyul - Sülh və Azadlıq Günü münasibətilə Lefkoşada səfərdə olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, deputat Musa Quliyev özünün feysbuk səhifəsində paylaşıb.

    Xatırladaq ki, ötən gün
    Şimali Kipr Türk Respublikasının parlamentinin sədri Ziya Öztürklər 20 İyul - Sülh və Azadlıq Günü münasibətilə Lefkoşada səfərdə olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyevi və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Görüş zamanı iki qardaş ölkə arasında siyasi əməkdaşlığın dərinləşməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

    "Atributinfo.az" xəbər verir ki, Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında partiyalararası əlaqələrin inkişafının əhəmiyyətindən danışan Z.Öztürkler Şimali Kiprin Milli Birlik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı təmaslardan məmnunluğunu ifadə edib, bu əməkdaşlığın Türk dünyasının siyasi həmrəyliyinə töhfə verdiyini vurğulayıb.

    Musa Quliyev paylaşımda həmçinin diqqətə çatdırıb ki,
    Yeni Azərbaycan Partiyası nümayəndə heyəti olaraq KKTC parlament sədri cənab Ziya Öztürklər və Baş Nazir, Ulusal Birlik Partiyasının sədri cənab Unal Üstel ilə görüşlərimiz səmimi ortamda və faydalı oldu:

    "Görüşlər zamanı parlamentlərimiz və partiyalarımlz arasındakı münasibətlərin inkişafından məmunluğumuzu bildirdik və qarşıda duran planlardan danışdıq.
    Qardaş öklənin bayramını ürəkdən təbrik edirik!"- Deputat paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ