-Qüdrət bəy, Suriya prezidentinin səfəri və Azərbaycanın regional oyunçu rolunda çıxışını necə dəyərləndirirsiniz?
-Reallıq bundan ibarətdir ki, 44 günlük savaşdan sonra Azərbaycanın beynəlxalq miqyasda o cümlədən regional səviyyədə nüfuzu xeyli artıb və azərbaycan bir regional oyunçuya çevrilib. Bu baxımdan keçid prezidenti Əl Şaranın Azxərbaycana səfəri də bunun bir növ etirafıdır, təsdiqidir. Onlar Azərbaycandan kömək istəyirlər, hətta
Azərbaycanın özünün bu dəqiqə qarşısında çox böyük problemlər dayanıb. Qarabağın bərpası ilə bağlı bizə 100 milyardlarla vəsait lazımdır ki, Qarabağda həyatı yenidən bərpa edək. Amma buna baxmayaraq Azərbaycan dövləti heç zaman xeyriyəçilik fəaliyyətini dayandırmayıb, bəzən ehtiyac olan ölkələrə imkan daxilində yardılm edib, o cümlədən də Suriyaya yardımlar göstərib ona görə ki, Suriyanın daha çox köməyə ehtiyacı var. Bu baxımdan Azərbaycan dövləti də bunu edir və indi hazırda qardaş Türkiyə Respublikasının da təşəbbüsü ilə Suriyanın qazla təmin olunmasını Azərbaycan öz üzərinə götürmək istəyir ki, Türkiyə üzərindəın Suriyaya qaz satsın. Ümid edirəm bu layihələr gerçəkləşəcək və Türkiyə də həmişə belə olmayacaq. Türkiyədə sabitlik bərpa olunacaq orda da ölkə inkişaf edəcək. Türkiyənin böyük təbii sərvətləri var, amma çətin vaxtda edilən kömək və tutulan əl heç vaxt yaddan çıxmır. O baxımdan qonşu ölkə sayılır və belə götürəndə eyni coğrafiyada yerləşirik, yəni müsəlman ölkəsidi. Hesab edirəm ki, bu xalqlarımızın daha da qardaşlaşmasına və yaxInlaşmasIna xidmət edəcək.
-Artıq bu sualı müəyyən qədər cavandırsaz da yenə ünvanlamaq zərurəti duyulur; Suriya Prezidenti Azərbaycana gəldi, gözləntilər nədir?
-Mən qeyd etdim, onlar orda sabitliyin bərpa olunması istiqamətində bizdən daha çox kömək istəyirlər. Biz onlara İsraillə müasibətlərin bərpa olunmasında da yəni münasibətlərin tənzimlənməsində də bir vasitəçi kimi kömək edə bilərik. Bilirəm ki, Azərbaycan bu istiqamətdə müəyyən addımlar atıb və atacaqdır. Biz çalışırıq ki, orda sabitliyin təmin olunmasına öz töhvəmizi verək və məlumdur ki, Azərbaycanın bir çox qərb ölkələri ilə də, region dövlətləri ilə də çox isti münasibərtləri var. Azərbaycan bu münasibətlərdən istifadə edib həmin ölkələrin həm də Suriya ilə münasibətlərini yaxşılaşdırmağa çalışır ki, Suriyanın buna bu dəqiqə ehtiyacı var. Suriyaya hal-hazırda sabitlik lazımdır, daxilindəki vətəndaş müharibəsi bu ölkəni didib dağıdıb əldən salıb və bu gün də orda tam sabitliyi bərpa etmək mümkün deyil. Mərkəzi hakimiyyət ölkənin bütün ərazisində dövlət suverenliyini bərpa edə bilməyib. Bu baxımdan Türkiyənin kənar, yəni dost dövlətlərin dəstəyinə ciddi ehtiyacı var Azərbaycan da bacardığını əsirgəmir.
-Parlamentin yaz sessiyası başa çatdı. Hansı uğurları qeyd etmək olar?
-Parlamentdən əlbəttə, bizim gözləntilərimiz tamam fərqlidir ona görə ki, bizim parlamentin formalaşdırılması ilə bağlı düşüncələrimiz ayrıdı. Biz istəyirik ki, proporsional seçki sistemi əsasında Parlament formalaşsın, Parlamentdə güclü partiyalar olsun, güclü fraksiyalar olsun. Orda alternativ məruzələr olsun, orda ciddi, belə deyək də fikir dartışmaları olsun, amma indi müxalifət zəifdir, fraksiyalar yoxdur. Hətta, konstitusiya ilə qanunvericilik təşəbbüsü hüququ olan digər subyektlər də öz qanunlarını, baxmayaraq ki, özləri bu hüquqlardan istifadə etmirlər, onu da prezident Administrasiyası vasitəsilə göndərirlər Milli Məclisə ki, orda da çoxda ciddi müzakirələrə səbəb olmasın. Bu mənada əlbəttə, bizim orda nələrisə dəyişmək, Administrasiyadan gələn qanun layihələrində nələrisə dəyişmək imkanımız çox məhduddur, yəni çatışmamazlıq əsas budur. Amma düşünürəm ki, zamanla konstitusiyon islahatlar aparılmalıdır, parlamentin səlahiyyətləri genişlənməlidir.
Sonra, biz 1991-ci ildən dövlət müstəqqiliyimizi əldə etmişik amma hələ də qanunların icrasına nəzarət mexanizmi yaradılmayıb. Yəni, hazırkı konstitusiyada parlamentlə bağlı bu nəzərdə tutulsa da, amma bu mexanizimlər yaradılmayıb. Deputatların səlahiyyəti kifayət qədər məhduddur, hətta deputatların kommersiya sirlərinə çıxışı imkanı yoxdur. Məsələn, tutaq ki, mən korrupsiya ilə mübarizə komitəsinin sədriyəmsə, bu qədər dövlət müəssisələri var, onlar bir çox müxtəlif kontraktlar bağlayır, bizim hər hansı formada kommersiya sirri hesab olunacaq çıxışımız qanunla qadağandır. Belə olan təqdirdə sən necə nəzarət edə bilərsən. Onun üçün qanunvericiliyə ciddi dəyişikliklər edilməlidir. Məhkəmə hakimiyyəti gücləndirilməlidir ki, sahibkarlıq mühiti yaxşılaşsın insanlar öz mülkiyyətlərinin toxununmazlığına inansınlar və ölkəyə biznes yatırsınlar. Bu baxımdan hesab edirəm ki, indiki şərtlər altında parlament hakimiyyətin bir qanadı kimi bir misiyanı yerinə yetirir. Amma bizim gözləntilərimiz açıq deyirəm ki, daha böyükdür.
-Azərbaycanın xarici siyasətində parlamentarizmin rolunu necə qiymətləndirirsiniz?
-Əlbəttə, sədrimizin böyük həcmli çoxlu səfərləri olur. Mən bu səfərlərin səhv etmirəmsə, ikisində iştirak etmişəm. Bir dəfə İtalya səfərində, bir dəfə İspaniyaya səfəri zamanı. Özüm uzun müddət NATO parlament asambleyasında olmuşam. Mən bilirəm ki, bu səfərlər nə qədər yorucu olur, təyyarəyə minmək, düşmək; görüşlər psixoloji baxımdan insanı nə qədər yorur. Amma az qala sədrimiz bir ayda elə olub ki, 3 dəfə xaricə səfər edib. Deputatlar səfərlər edirlər xarici ölkələrə. Bu baxımdan parlament diplomatiyasının rolunu mən kiçiltmək istəmirəm, amma sözssüz ki, əsas məsələni icra hakimiyyəti həll edir və bizim xarici siyasətin də əsasını mərhum Prezident cənab Heydər Əliyev qoyub. Bütün həm Qərblə, həm qonşularla dostluq və əməkdaşlıq siyasəti həmin balanslaşmış siyasətin davamıdır. Ümid edək ki, bu balanslı siyasət qorunub saxlanacaq və bu da ölkəmizi bu böyük güclərin savaş meydanına çevirməyəcək, rəqabət meydanına çevirməyəcək. Çevirəcəksə, yalnız yaxşı mənada iqtisadiyyatımızın inkişaf etdirilməsi baxımından çevirəcək ki, kim bura daha çox investisiya qoysun. Hər halda ümid edək ki, xarici siyasət hər şeydən öncə ölkəmizin təhlükəsizliyini təmin edəcək, ölkəmizə investisiya qoyuluşuna şərait yaradacaq, cəmiyyətimizin inkişafına, demokratiyanın inkişafına, insan hüquqlarının inkişafına öz töhfəsini verrəcək. Hər halda ümid edək. Düşünürəm ki, zamanla bir şox problemlər öz həllini tapar.
-Suverenliyimiz tam bərpa olandan sonra ölkəmizin geosiyasi proseslərdə rolu artır. Bundan sonrakı hədəf nə olmalıdır?
-Hesab ediəm ki əsas hədəf o olmalıdılr ki, müharibədən çıxmalıyıq amma bu müharibədən elə çıxmalıyıq ki, Naxçıvana maneəsiz gediş gəliş olsun və sülh təminatlı olsun. Sülhün təminatlı olması üçün sülh sazişinin altında Türkiyə və Rusiyanın imzasının olmasını da istəyirəm. Ona görə ki, regionun iki böyük dövləti o sənədi imzalamış olsalar, Ermənistandakı o revanş qüvvələr də başa düşəcəklər ki, bu sülhün təminatı təkcə Azərbaycan deyil, Azərbaycan ordusu deyil, həm də Türkiyədi, Rusiyadı və bu da insanları avantürist fikirlərə düşməkdən çəkindirəcək, uzaqlaşdıracaq və sülhü daha təminatlı edəcək. Ona görə də vaxtilə demişdim ki, ikinci Qars müqaviləsi kimi bir müqavilə imzalanmalıdır və qoy elə bu Qarsda imzalansın, adını da qoymaq olar İkinci Qars müqaviləsi. Zəngəzur dəhlizi açılmalı, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmalıdır. Amma seçkiyə qədər Azərbaycanla hər hansı bir sənədi Ermənistanın imzalayacağını düşünmürəm. Ona görə ki bizim şərtimiz odur ki, konstitusiyanı dəyişsinlər onlar da dəyişməyəcəklər. Düzdü indi, bizə müəyən təyziq edilir ki, biz tələsik hansısa bir sənəd imzalayaq, yaxud razılaşdırılmış sülh sazişi paraflayaq ki, yəni Paşinyan seçkiyə daha güclü mövqedən getsin və xalqa desin ki, mən sizə sülh gətirdim. Bu da əlbəttə, Paşinyanın mövqeyini gücləndirəcək və Azərbaycana da bu sərf eləmir o mənada ki Paşinyanın mövqeyi güclənəcəksə, o, Zəngəzur məsələsində güzəştə getməyəcək, Azərbaycanın maraqlarına cavab verən bir sənədin imzalanmasına getməyəcək. Ona görə biz tələb edirik ki, əvvəlcə sən Zəngəzurla bağlı müəyyən fikirlərini bildir nə istəyirsən, ondan sonra mövqeyinin güclənməsinə imkan yaradaq. Şəxsən, mən Abu Dabidəki görüşdən heç nə gözləmirəm ona görə ki, Azərbaycan höküməti bu detalları, bu incəlikləri ola bilməz ki, hesablamasın. Amma Qərb istəyir ki, o təcili bir sənəd imzalasın ki, onun mövqeyi orda güclənsin. Rusiya da sənədin imzalanmasında maraqlı görsənmir, istəyir ki, Paşniyan növbəti seçkilərdə uduzsun. Rusiya bizlə də münasibətləri müəyyən mənada korlayır ki, Ermənistandakı revanşist qüvvələr görsünlər ki, Azərbaycan-Rusiya münasibətləri güclənir bunlar xalqdan daha çox dəstək alsınlar və Paşnyanı devirsinlər, həm də saziş imzalanmadıqca xalq Paşinyana deyəcək ki, sən Qarabağı da itirdin, Ermənistana sülh də gətirə bilmədin, biz səni niyə növbəti dəfə seçməliyik? Ona görə də Paşinyanın ağlı olsa, təcili Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın istədiyi razılaşmaya imza atar və bizə maneəsiz gediş-gəliş təmin olunar. Azərbaycan da həmin sülh sazişinin imzalanmasında öz töhvəsini verər. Amma bunun üçün Ermənistana təyziqləri artırmalıyılq. Mən hesab etmirəm ki, Ermənistanın dostluq və qardaşlıq haqqındakı son bəyanatlar heç də Azərbaycan dövlətinin maraqlarına cavab vermir. Mən görürəm ki, bəzi adamlar mətbuatda az qala Abu Dabi danışıqlarını bir toy bayram kimi təqdim etmək istəyirlər amma düşünürəm ki, kökündən yanlışdılr.
-Müsahibə üçün təşəkkür edirəm!
Bəradər Səməndərli
"Atributinfo.az"
