Sizin reklam burada
Sizin reklam burada
  • YAP Göygöl rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə növbəti görüş keçirilib

    Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 6-da Yeni Azərbaycan Partiyası Göygöl rayonu üzrə Seşki Qərargahında Göygöl rayonu üzrə namizədlikləri YAP tərəfindən irəli sürülmuş bələdiyyə üzvlüyünə namizədlərlə növbəti görüş keçirilib.
    "Atributinfo.az"ın aldığı məlumatda bildirilir ki, ilk olaraq Müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Göygöl rayonu üzrə Seçki Qərargahının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlər barədə danışıb.
    Vüqar İsayev bildirib ki, Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edib və bu gün də bu proses davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində Respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir. Ölkəmizin ümumi inkişafına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının resurslarının güclənməsi də məhz Partiyamızın fəaliyyəti dövründə keçirilən seçkilərdə öz təsdiqini tapır və YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. Vüqar İsayev ölkəmizin dünya arenasındakı yeri, dövlətimizin mənafeyinin qorunması istiqamətində görülən işlər, bələdiyyə üzvlərinin, bələdiyyə üzvlüyünə namizədlərin hüquq və vəzifələri, bələdiyyə qanunları barədə geniş və ətraflı məlumat verərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə uğurlar arzu edib və bu bələdiyyə seçkilərinin də şəffaf, mütəşəkkil və daha demokratik ruhda keçiriləcəyinə əminliyini ifadə edərək, seçkilərdə iştirak edən Yeni Azərbaycan Partiyasının həmişə olduğu kimi bu dəfə də seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacağını bildirib.
    Görüşdə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Adil Qarayev, Yelman Bayramov, Ruhiyyə Dəvrişova və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliklərinin irəli sürüldüyünə və onlara göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər. Onlar belə bir qüdrətli partiyanın üzvü olduqlarına görə qurur hissi keçirdiklərini qeyd edərək, onlara göstərdiyi etimadı doğruldacaqlarını və bunu əməli fəaliyyətləri ilə təsdiq edəcəklərini vurğulayıblar.
    Sonda Vüqar İsayev namizədlərlə bağlı fikirlərini, eləcə də qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ