Siyasəti, diplomatiyanı bilən adamlar üçün bu addımların nə qədər ölçülüb-biçilmiş olması və nəticəyə hesablanması şübhə yeri qoymurdu.
İlk andan onlarla "ekspert"in, blogerin, bəzi az sayda jurnalistlərin və sadə vətəndaşların etirazını gördüm. "Niyə açıq mətnlə danışmırıq?" "Niyə demirik ki, təyyarəmizi Rusiya vurub?"
Bu mövzular mənə 2020-ci ili xatırlatdı. "Biz niyə Şuşada dayandıq?" "Niyə Xankəndiyə girmədik?" Sonu isə hər kəsə məlumdur.
Bu üzr həm də milli birliyimizin bariz nümunəsi oldu.
Allah dövlətimizi qorusun!
Razi Nurullayev
MCP sədri, Milli Məclisin deputatı
