Sizin reklam burada
Sizin reklam burada
  • MDB PA Şurasının katibliyi təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

    MDB PA Şurasının katibliyi təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib MDB PA Şurasının katibliyi “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.
    Məktubda deyilir: “Azərbaycan təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı MDB Parlamentlərarası Assambleya Şurasının katibliyi adından dərin hüznlə başsağlığı veririk.
    MDB PA-ya üzv ölkələrin parlamentlərinin səlahiyyətli nümayəndələrinin hamısı Azərbaycan xalqının kədərinə şərik olduqlarını, bu dəhşətli faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiklərini ifadə edirlər”.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ