Milli Assambleyanın sədri bu barədə özünün sosial şəbəkə səhifəsində paylaşım edib. Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbərindən çox kədərləndiyini bildirən Sərdar Ayaz Sadiq, hadisə nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Pakistan hökuməti və xalqının bu kədərli gündə Azərbaycanın yanında olduğunu vurğulayan Milli Assambleyanın sədri yaralananların tezliklə sağalmasını arzulayıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
