Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən başlanan hakimiyyət dövrü Azərbaycan tarixinin epoxal hadisəsi olmuşdur. Onun əsasını İlham Əliyevin fenomenal tarixi şəxsiyyəti, dövlətçilik fəlsəfəsi və qarşıya qoyulan məqsəd və vəzifələrə çatmaq üçün tətbiq etdiyi strategiya və taktika təşkil edir.
İlham Əliyev nəinki Azərbaycan tarixində dərin iz qoymuş görkəmli dövlət xadimləri, eləcə də bir sıra dövlətlərin dünya tarixinə adını yazdırmış liderləri ilə müqayisədə yeni, fərqli bir dövlət başçısı obrazı ya¬ratmağa nail olmuşdur. Dünyada məşhur olan dövlət xadimlərinin hər biri hakimiyyətə gələn kimi ölkənin bütün resurslarını təmərküzləşdirib, ən qısa müd¬dətdə qalib gəlmək, bununla adını əbədiləşdirməyə çalışmışdır. Nəticədə, “ildırımsürətli” müharibə plan¬ları meydana gəlmiş, əksəriyyəti isə dövlətə qələbə əvəzinə daha böyük fəlakətlər gətirmişdir.
Azərbaycan lideri İlham Əliyev özünəməxsus, tamamilə orijinal dövlətçilik təfəkkürü nümayiş etdir¬miş, qələbə üçün olduqca çətin, lakin strateji baxım¬dan daha optimal taktika tətbiq etmişdir. Ermənista¬nın Azərbaycan torpaqlarını işğalından sonra dövlət başçısının ən mühüm vəzifəsi onun ərazi bütövlü¬yünü bərpa etmək olmuşdur. İlham Əliyev tarixdə çoxlu örnəyi olan “ildırımsürətli” yanaşmanı deyil, uzunmüddətli hazırlıq taktikasını seçmiş, dövlətin layiqli qələbəsini təmin etmişdir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi xoşbəxtlik və firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar diləyirəm.
Hazırladı: Elçin Şükür
