Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyinə həsr olunmuş konfrans keçirilib

    Noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının inzibati binasında partiyanın təsis edilməsinin 32 illiyinə həsr olunmuş konfrans keçirilib.
    Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.
    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin, Yeni Azərbbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirak etdiyi tədbirdə iştirak etdiyi tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev məruzə ilə çıxış edərək, partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan və gəlcək hədəflərdən danışıb, öz həyatını xalqın xoşbəxtliyi üçün qurban verməyə hazır olan, bütün mənalı ömrünü xalqın inkişafına həsr etmiş, bu günümüzə çatmağımız üçün sönməz mayak olan, Müstəqil Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açmış, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, Azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin yaratdığı, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik etmişdir.
    Ulu Öndər Heydər Əliyevin Müstəqilliyimizi qoruyaraq, ölkəni inkişaf yoluna çıxardığını, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin isə olkəni inkişafdan-tərəqqiyə, tərəqqidən-Zəfərə çatdırdığını diqqətə çatdıran Vüqar İsayev, qədirbilən xalqımızın Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutaraq, daim hörmət və ehtiramla anacaqını, Prezident İlham Əliyevin ətrafında monolit birləşməklə xalqın xoşbəxtliyi naminə görəcəyi bütün işlərdə daim onunla birgə olacağını əminliklə bildirmişdir.
    Sonra YAP Göygöl rayon təşkilatı üzrə 3 saylı ərazi partiya təşkilatının sədri, şəhid ailəsi Rüxsarə Atayeva, MKTİB ərazi partiya təşkilatının sədri, Vətən müharibəsi iştirakçısı Pərvin Rəhimli, QƏQİB Göygöl rayon şöbəsinin sədri Araz Abbasov və digərləri çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından, Yeni Azərbaycan Partiyasını yaradaraq, dövləti və xalqı düşünən insanları öz ətrafında birləşdirməklə, bu günki xoşbəxt həyatımıza zəmin yaratmasından, layiqli varisi Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən Məhtəşəm Zəfərin əhəmiyyətindən danışmışlar. Görülən bütün işlərdə Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğundan bəhs etmişlər.
    Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev yekun nitqi ilə çıxış edərək 32 il öncə məhz Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında yaranan Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığından danışmış, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyduğunu, davamlı yüksəliş yolunda inamla irəliləyən Müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu qeyd etmiş, vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycanlının ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmaqla, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazır olduğunu bildirmişdir.
    Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarından bir qrupuna YAP Göygöl rayon təşkilatının Fəxri fərmanları və partiya sıralarına yeni qəbul olmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilmişdir.
    Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə bağlı elan edilmişdir.





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ