Sizin reklam burada
Sizin reklam burada
  • Musa Urud:"UNESCO-nun məsələlərə ikili standartlar çərçivəsində riyakar münasibətini tənqid etdik"

    "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat və İnkişaf Siyasəti Komitəsinin və Sosial və humanitar siyasət Komitəsinin İstanbulda keçirilən 63-cü toplantısında millət vəkili həmkarlarım hörmətli Eldar Quliyev və Mahir Süleymanov, eləcə də nümayəndə heyətimizin katibi İlqar Nuri ilə birlikdə iştirak etdik."
    Bunu Milli Məclisin deputatı Musa Urud özünün Feysbuk səhifəsində paylaşıb:
    "Çıxışıarımızda ermənilərin Qarabağda və Qərbi Azərbaycandakı maddi və mənəvi abidələrimizi dağıtdıqları, məscidlərimizi ziyarətgahlarımızı, qəbristanlıqlarımızı necə tarmar etdikləri barədə Konfrans iştirakçılarına ətraflı məlumat verdik.
    UNESCO-nun məsələlərə ikili standartlar çərçivəsində riyakar münasibətini tənqid etdik. Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxlayaraq törətdikləri genosid, etnosid, ekosid, kulturosid əməllərinə görə cavab verməli və təzminat ödəməli olduğunu vurğuladıq."-Deputat qeyd edib.

    Bəradər
    "Atribut" qəzeti və"atributinfo.az" saytı


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ