Sizin reklam burada
Sizin reklam burada
  • 27 sentyabr - Milli Qürur Hərəkatının başlanğıcı

    Sara Xanlarova,
    Bakı şəhəri 132-134 saylı Təhsil Kompleksinin rəhbəri, Əməkdar müəllim

    27 sentyabr milli iradəmizin, qürurumuzun, cəsarətimizin 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan təcavüzkar, qəddar, amansız işğalçının və onun himayədarlarının üzərində qləbə çaldığı şərəfli tariximizin ayrılmaz bir parçasıdır. Məhz 27 sentyabrdan başlayan milli qürur hərəkatı, müzəffər Ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadəti xalqımıza qarşı 200 ildən çox davam edən ədalətsizliyə son qoydu və müqəddəs üçrəngli bayrağımızı Vətən torpağının, bir zamanlar əlçatmaz görünən ucalıqlarında dalğalandırdı. 27 sentyabrdan başlayan müqəddəs Vətən müharibəsi əsrlər boyu apardığımız milli mücadilənin ədalətli nəticəyə varan yeganə və bəşər tarixinə qızıl hərflərlə yazılan nümunəsidir.
    Xüsusilə qeyd etmək lazımdır ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən, bütün tribunalardan Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bəyan edirdi, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq deyirdi və belə də oldu.
    Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirərək, 200 illik tariximizin ən böyük və ən şərəfli qələbəsinə imza atdı, dünya hərb tarixinin yönünü, istiqamətini dəyişdirdi.
    Ən əsası, Vətənə, xalqa, dövlətə və dövlətçiliyə, əcdadların vəsiyyətinə bağlılığın, sədaqətin haqsızlığa məruz qalan bütün xalqlar üçün nümunəsini yaratdı.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ