Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
“Bu il Bakıda təşkil ediləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı Braziliya ilə birgə sıx əməkdaşlıq edəcəyimizə inanıram. Qlobal istiləşməni 1,5 C° səviyyəsində saxlamaq məqsədilə Üçlük mexanizmi çərçivəsində ölkəniz və Birləşmiş Ərəb Əmirlikləri ilə apardığımız birgə fəaliyyəti yüksək qiymətləndirirəm.
Fürsətdən istifadə edərək G20 Sammitinin keçirilməsində ölkənizə uğurlar arzulayıram”, - deyə dövlətimizin başçısı bildirib.
