Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda ən yaşlı qadın seçicinin 134, ən yaşlı kişi seçicinin isə 109 yaşı var

    Ən yaşlı qadın seçici 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. Onun 134 yaşı var. 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatdadır.
    Bu barədə növbədənkənar parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
    O bildirib ki, Azərbaycanda ən yaşlı kişi seçicinin isə 109 yaşı var. 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimov 29 saylı Sabunçu dördüncü seçki dairəsində seçici siyahısındadır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ