Bunu "atributinfo.az"a açıqlamasında Milli Meclisin deputatı, MCP sədri Razi Nurullayev deyib. O, əlavə edib ki, 7 iyul 2024-cü il Fransanın tarixinə yeni dumanlı bir səhifə yazmış oldu.
"Belə görünür ki, Fransa seçiciləri tamamən yolayrıcındadırlar və əslində mövcud qüvvələrdən heç birini tam dəstəkləmir və hətta deyərdim ki, heç birini istəmirlər. Sadəcə ortada olan nəticələr əlacsızlıqdan və alternativsizlikdən dolayı verilən səslərdir. Əslində görünən odur ki, siyasətçilərdən daha çox fransızlar özləri mövcud vəziyyətdə Fransanın siyasi qarşıdurmalar və qarışıqlıqdan xilas etmək istəyirlər."
Razi Nurullayev onu da vurğulayıb ki, bütün sorğular göstərir ki, hazırkı Fransa prezidenti tam olaraq Fransa cəmiyyətinin inamını itirib və populyar deyil. Belə bir vəziyyətdə onun 2027-ci ilə kimi Prezident kürsüsündə qalması da çətin olacaq:
"Bir sözlə demək olar ki, 7 iyul seçkiləri Fransada gərginliyi azaltmaq əvəzinə siyasi qüvvələr arasında olan uçurumu daha da dərinləşdirdi və bütövlükdə Fransanı pat vəziyyətinə salıb." - MCP sədri deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"

