Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Sərgidə əsas məqsəd türk dünyasının perspektivli universitetlərini bir araya gətirmək idi"

    Bir neçə gün əvvəl, 22.06.2024 tarixində Bakıda Türk Dünyası Təhsil Sərgisində deputat həmkarlarıyla iştirak edən Milli Məclisin üzvü İltizam Yusifov bu barədə "atributinfo.az"a danısıb:
    "Sərgidə yerli və xarici təhsil mərkəzlərinin direktorları, Milli Məclisin deputatları, Türkiyə universitetlərinin müəllimləri və digər qonaqlar iştirak edirdilər.
    Türkiyənin bir sıra aparıcı universitetlərinin təmsil olunduğu sərgidə əsas məqsəd türk dünyasının perspektivli universitetlərini bir araya gətirmək və onlar arasında ikili əməkdaşlıqları gücləndirmək idi. Təhsil sərgisində gənclərimizə böyük secimlər və onların gələcək təhsili üçün olduqca gözəl təkliflər təqdim olunurdu.
    Gənclərimizə uğurlar arzulayıram!"- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ