Milli Məclisin sədri Sahibə Qafarova Minsk şəhərində Zəfər abidəsini ziyarət edib
Siyasət
11-06-2024, 00:31
200
Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 10-da səfər çərçivəsində Minsk şəhərində Zəfər abidəsini ziyarət edib. Spiker Sahibə Qafarova abidənin önünə əklil qoyub. Sonra burada Azərbaycan və Belarusun dövlət himnləri səsləndirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi