Bu fikirləri Milli Məclisin bu gün-07.06.2024-cü il tarixdə keçirilən plenar iclasında "2024-cu ilin Dövlət Bübcəsi haqqında" Qanuna dəyişiklik edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı çıxış edərkən deputat Aydın Hüseynov səsləndirib. O, əlavə edib ki, sevindirici hal ondan ibarətdir ki, beynəlxalq büdcə tərəfdaşlığı təşkilatının (hesabatı) açıq büdcə indeksi- 2023-cu ilin hesabatı açıqlanıb və bu hesabatda Azərbaycan 125 ölkə arasında 100 mümkün balla 67 bal toplayaraq 1 pillə yüksələrək, 23-cü yerdə qırarlaşıb:
"Mən hesab edirəm ki, birinci növbədə ictimaiyyətə büdcə məlumatlarının əlçatanlığı indeksdə əsas bir arqument kimi götürülür. Bu sahədə parlamentin fəaliyyəti də düşünürəm ki, verilən qiymətə bir təkandır. Əlbəttə, büdcə müzakirələri zamanı həm ictimaiyyət dinləmələrinin aparılmasına, həm komitələrdə çox geniş müzakirələrin aparılmasına şərait yaradılması, eyni zamanda Maliyyə Nazirliyinin saytlarda və eləcə də büdcə bələdçisi kitabçasının çap edilərək bütün ictimaiyyət üçün açıq şəkildə əlçatan olması da bu nailiyyətin əldə olunmasını səciyyələndirir."- Aydın Hüseynov vurğulayıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
