Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənmək, təbliğ etmək, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmaq, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləmək, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərmək məqsədilə 2004-cü ildə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu təsis olundu. Məlum olduğu kimi, mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 20 ili tamam olur. Fond ötən 20 il ərzində Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət sahəsində mühüm tədbirlər reallaşdırıb, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətlər göstərib.Eyni zamanda, Fond xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etməyi, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Ən əsası isə odur ki, Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ötən 20 illik fəaliyyəti cəmiyyətimizin bütün üzvləri, o cümlədən beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Fondun fəaliyyətinə olduqca yüksək qiymət verib. Dövlətimizin başçısı vurğulayıb ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. “Bu gün Heydər Əliyev Fondu Ulu öndərin adını şərəflə daşıyır, Ulu öndərin xatirəsinə layiq fəaliyyət göstərir”, - deyə dövlətimizin başçısı qeyd edib. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Heydər Əliyev Fondu həm də Milli-mədəni irsimizin hamisi, xeyriyyəçilik, təbii fəlakətlərdən zərər çəkənlərə yardım, ana və uşaq sağlamlığının qorunması və digər məsələlərlə bağlı humanitar addımların da təşəbbüskarıdır. Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram ulu öndərimizin ali ideallarını özündə ehtiva edir. Fondun istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas prioritetləri sırasında səhiyyə, elm və təhsilin mühüm yer tutması təsadüfi deyil. Bu sahənin dinamik inkişafı milli-mədəni irsin qloballaşma tendensiyalarında hifz olunması, gənc nəslin sağlam böyüməsi və təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının gələcəyin layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsindən, ilk növbədə həqiqi vətənpərvərlikdən irəli gəlir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin 1-ci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevanın səhiyyə, elm və təhsilin tərəqqisinə xüsusi münasibəti onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, xalqına olan sonsuz məhəbbətinin, nümunəvi vətənpərvərliyinin bariz ifadəsidir. Azərbaycanın birinci xanımı ulu öndərimizin əsasını qoyduğu, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi konseptual sosial-mədəni strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Məhz onun müəyyənləşdirdiyi prioritetlərin nəticəsi kimi Heydər Əliyev Fondu yarandığı gündən ölkəmizin mədəni və humanitar həyatında öz sözünü deyir.