Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinə mühüm töhfə hesab olunur: “Azərbaycanla Gürcüstanın həyata keçirdiyi nəqliyyat, enerji layihələri digər ölkələr üçün böyük önəm kəsb edir. Azərbaycan enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə rolunu oynayır. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan-Gürcüstan birlikdə irimiqyaslı enerji və nəqliyyat layihələri icra edir. İcra olunan bu layihələr regiondan keçən yük axınının həcmini artmasına imkan formalaşdırır. Eyni zamanda bu gün Azərbaycanla Gürcüstan birgə təşəbbüslərlə özlərinin iqtisadi inkişafını təmin edir”.
Deputat bildirib ki, Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli faktor hesab olunur: “Bu xüsusda Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdir. Məhz Azərbaycan qazı Gürcüstan üzərindən onun vasitəsi ilə bir neçə ölkəyə ixrac olunur. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb. Bu say sözsüz ki, getdikcə daha da artacaq. Ölkəmizin malik olduğu enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Azərbaycan qazına Avropa qitəsində olan tələbat ildən-ilə artacağı gözlənilir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda vurğulayıb ki, “Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstanla Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu fonunda Gürcüstanın tranzit ölkə kimi vasitəçiliyi vacib əhəmiyyət kəsb edir”.
Aqil Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji strategiyası ölkəmizin dünyada rolunu və önəmini artmış olur: “Azərbaycan bu gün dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional faktora çevrilib. Müasir tələblər və çağırışlara uyğun olaraq Azərbaycan-Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığa malikdir. Gürcüstanın və Azərbaycanın bərpaolunan enerji istehsalı ilə bağlı potensialı böyükdür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğurlu layihələr məhz yaşıl enerji strategiyasında vacib rol oynayacaq”.
