Bu fikirləri Milli Məclisin bu gün-martın 5-də keçirilən plenar iclasında
"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Sazişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı çıxış edərkən millət vəkili Aydın Hüseynov səsləndirib. O, əlavə edib ki, urbanizasiya prosesi şəhərlərə iqtisadiyata və iqlim dəyişikliyinə olan təsirlərin aradan qaldırılması, bu sahədə görülən işlərin tərkib hissəsidir:
"Biz qeyd etdik ki, forumun Azərbaycanda keçirilməsi siyasi nüfuzula yanaşı, indiyə qədər ölkəmizin bütün bu kimi tədbirlərə çox yüksək tərzdə ev sahibliyi etməsinin bariz nümunəsi, eləcə də beynəlxalq qrumlarda Azərbaycanın nüfuzunun yüksək olması və praktiki baxımdan bu işlərin effektiv tərzdə həyata keçməsinin görüntülərini ortaya qoydu. Asiya Parlament Assambleyasının 14-cü plenar iclasının Azərbaycanda keçirilməsi, sədrliyin Azərbaycana keçməsi də təsadüf deyildir. Çünki Azərbaycan, qeyd etdiyim kimi, bu cür tədbirlərə yüksək tərzdə rəhbərlik edərək o qrumların, o platformaların nüfuzunu qaldırıb. Digər tərəfdən isə hörmətli xanım sədr, mən də həmkarlarım kimi birinci növbədə Sizi təbrik edirəm. Plenar iclaslarda nümayəndə heyətinin üzvü kimi iştirak edirdik. Bütün iştirakçılar Azərbaycanda təşkil olunan bu tədbirin təşkilati, operativliyi baxımından bütün nümayəndə heyətini qane edəcək yeni bir nümunələrin ortada olduğunu qeyd edirlər. Bir də xahiş edirlər ki, sözügedən tədbirin bu cür yüksək səviyyədə keçirildiyinə görə Sizə təşəkkürlərini bildirsinlər. Hətda, Banqladeş nümayəndə heyəti 6-cı gün olduğuna baxmayaraq, xahiş etmişdir ki, bizim parlamentə gəlsin. Çünki onlar üçün bizim şəraitimiz çox maraqlı idi. Bir daha təşəkkür edirəm ki, bu şəraiti Siz bizə yaratdınız və Banqladeş nümayəndə heyəti bizim bu zalda oldu, bizim milli məclisin iş şəraiti ilə tanış oldu və çox yüksək dəyərləndirdilər. Bu fikirləri nəyə görə deyirəm, həm Bakı şəhərinin özü, çünki orda şərt qoyulub, o şəhərdə keçirilməlidir ki, bu şəhərsalma prosesində aktiv iştirak etsin. Onlar Bakı şəhərini Xəzər dənizinin incisi adlandırırlar. Yəni, tədbirin keçirilməsi üçün də Bakı bu sahədə öz nailiyyətini, gözəlliyini ortaya qoyub, şəhərsalma prossesində yüksək dərəcədə inkişaf edərək artıq Xəzərin incisi statusunu qazanıb."
Aydın Hüseynov yenidən urbanizasiya məsələsinə qayıdaraq bildirdi ki,
urbanizasiya regionlardan şəhərlərə gəlmənin qarşısının alınması prossesinin həllinə yönələn məsələdir. Bu sahədə də cənab Prezidentimizin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı layiqincə və ləyaqətlə həyata keçirilərək çox böyük addımlar atılıbdır:
"Əgər 1990-cı illərin əvvəlində Bakı şəhərinə axın var idisə, biz indi artıq regionlara axını görürük. Əgər ölkəyə 310 milyard dollar investisiya qoyulmuşdursa, bu investisiyanın 104 milyard dolları regionlara qoyulub. Bu gün regionlarla Bakı arasındakı bütün mənada fərqlər demək olar ki, aradan qaldırılıb. Bu isə Azərbaycanın bir daha nümunə göstəriləcək bir məkan olduğunu sübut edir. Digər tərəfdən ölkəmizdə iqlim dəyişikliyi ilə bağlı böyük layihələr həyata keçirilir, yaşıl enerji, alternativ enerji sahəsindəki gələcək çağırışları indidən qabaqlamaq və eləcə də Form COP-29-un Azərbaycanda keçirilməsi üçün qarşıya qoyulan proseslərin və problemlərin həllinə Azərbaycan böyük nümunə göstəribdir. Eyni zamanda Azərbaycan dünyada ədalətli mövqeyi ilə fərqlənir, dünyada gedən proseslərə, ümumiyyətlə bəşəriyyət üçün qlobal məsələlərə həmişə pozitiv münasibətini bildirib və ölkə Prezidentinin pandemiyada digər ölkələrə hümanitar yardım ilə yanaşı, vaksinlərin ədalətlə bölünməsi kimi böyük bir qlobal məsələlərdə ölkəmiz öz müsbət mövqeyini daima bildirmişdir. Hesab edirəm ki, bu form da Azərbaycanda uğurla həyata keçiləcəkdir." -Deputat səsləndirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
